AMEA-da dövlətin ayırdığı pulları `BASIB YEYİRLƏR`...
DİA.AZ: - "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri, uzun müddət AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aktiv əməkdaşı, institutun "sirr qutusu", dosent Şahlar Məmmədov (Şahlar Göytürk) dövlətin dilimizin inkişafı üçün ayırdığı pulları “basıb yeyənləri” təhlükəli hesab edib". DİA.AZ bildirir ki, bunu paylaşımında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov qeyd edib.
Professor daha sonra bildirir: "O, uzun illər söylədiyim və buna görə akademşəbəkənin təqibinə məruz qaldığım faktları ilk dəfə olaraq dilə gətirib. Deməli, elmə ayrılan pulların yeyilməsinin milli maraqlara zərbə olması məsələsinin ciddiliyi dərk olunmaqdadır. Şöbə müdiri özünün feysbuk hesabında yazır:
“Bir var ana dilini bilməyə-bilməyə dilin anasını ağladasan, bir də var bilə-bilə bu dilin anasını ağladasan!
Bir var cümləni düzgün qura, fikrini dəqiq ifadə edə bilməyəsən, ləhcə elementləri ilə danışasan, cümlədə şəkilçiləri "yeyəsən", BİR DƏ VAR DÖVLƏT BABANIN DİLİMİZİN VƏ DİLÇİLİK ELMİNİN İNKİŞAFINA AYIRDIĞI PULLARI BASIB YEYƏSƏN!
Sizcə, hansı daha təhlükəlidir? Bunlardan birincisi günah, ikincisi CINAYƏTDIR.” Sitatın sonu.
Ümid edirəm ki, dövlətin dilimizin və dilçilik elmimizin inkişafına ayırdığı pulları basıb yemə əməliyyatına və plagiat əsərlərin dövlət vəsaiti hesabına çap olunmasına, əsl iş görənlərin sıxışdırılmasına, elm müəssisəsinin bazara çevrilməsinə və digər rüsvayedici məsələlərə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli reaksiya verəcək, təbii ki, əgər özündə güc tapacaqsa! Hər halda cənab Həbibbəyli, elmə töhfəsi olan, maaşa baxan dürüst Azərbaycan aliminin ehtiyac içində çırpındığı bir vaxtda, 4-5 dövlət vəzifəsi tutub (həmin vəzifələri icra etmək onun fiziki və zehni imkanları xaricindədir) büdcədən böyük maaşlar alsa da, bu qəbil taleyüklü problemlərin altına əlini qoymur".

Məsələ ilə bağlı dia.az olaraq bütün maerqlı tərəfləri dinləməyə hazırıq...

Bölmənin digər xəbərləri

01 İyun 2025 Estetik-həkim Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?
01 İyun 2025 Bakıda dağ satışa çıxarıldı - FOTO
01 İyun 2025 Tanınmış jurnalistdən GDU-ya rüşvət ittihamları – VİDEO
01 İyun 2025 Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı - Nazirin ŞOK PLANI ÜZƏ ÇIXDI
31 May 2025 Eltisinin ölümünə görə həbs olunan həkim iş başında: Müştəri qəbul edir - FOTOFAKT
31 May 2025 Qorxmaz Hüseynovdan ƏMANƏT QALAN TENDERYEYƏN... - İLGİNC FAKTLAR...
31 May 2025 Yüksək rütbəli məmur QƏZA TÖRƏTDİ: İndi də gizlədirlər... - TƏFƏRRÜAT
31 May 2025 Qaxın da öz TENDERYEYƏNİ VAR...
31 May 2025 “Yasamal İH bu işləri görməyəcəksə, pulları havaya sovurmasın…” – Sakinlərdən etiraz
31 May 2025 “Bravo marketdə” müştəriləri belə aldadırlar
30 May 2025 Rəhbərlik tələbə hüquqlarını pozur - BU DA FAKT...
30 May 2025 1,2 milyon manat dələduzluqda ittiham olunan sahibkar kimdir? - YENİ FAKTLAR
30 May 2025 Türkiyədə 9 qat dünya çempionuna sui-qəsdi Adil Əliyev necə təşkil edib? - ŞOK İDDİA
30 May 2025 Regional təhsil müdiri ümummilli lider haqqında kitab tərtib etdirib, nüsxəsini 250 manatdan satdırır
30 May 2025 “Etibar Pirverdiyevin qaynı saxta sənədlə torpağımızı satıb...” FAKTLAR
30 May 2025 Yevlax sakini sağlamlıq problemi olan oğlunun qanunsuz olaraq hərbi xidmətə aparıldığını iddia edir - ŞİKAYƏT
30 May 2025 " Belə yüzlərlə xəstə uşaqları sağlamların yerinə göndərirlər..."
30 May 2025 Azercell monopolist mövqeyi ilə bazarda rəqabət mühitinin olmasına imkan vermir.
30 May 2025 Bağçada döyülən uşağın atası: "Pul təklif etdilər”
30 May 2025 TƏBİB diş texnikini həkim elədi- Ay bərəkallah!

Dünyapress TV

Xəbər lenti